Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1178 yeni yoluxma faktı qeydə alınıb, 2322 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 477587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444053 nəfər müalicə olunaraq sağalıb, 6394 nəfər vəfat edib, aktiv xəstə sayı 27140 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12331, ötən müddət ərzində isə ümumilikdə 4790724 test aparılıb.

Baxış sayı: 4739 | Tarix: 23.09.2021
Bizi Telegramda izləyin: @repostaz