Sumqayıt Dövlət Universitetinin qarşısındakı yol çöküb.
 
RePost.Az-ın "Xəzər Xəbər"ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin Ağa Quliyev küçəsində baş verib.
 
Yenicə təmirdən çıxmış yolda yaranan vəziyyət avtomobillərin hərəkətini çətinləşdirib.
 
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətuat katibi Anar Nəcəfli qeyd edib ki, burada əsas məsuliyyət təmir-tikintini aparan şirkətin üzərinə düşür.
 
''Azərsu'' ASC-nin Sumqayıt Sukanal İdarəsindən isə bildirilib ki, sözügedən yol gecə saatlarında çöküb. Tikintini həyata keçirmiş şirkətin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib və çökmənin hansı səbəbdən baş verdiyi məlum olub.
 
Təmir yekunlaşana qədər sürücülərə Ağa Quliyev küçəsindən mümkün qədər istifadə etməmək tövsiyə edilib.

Baxış sayı: 5556 | Tarix: 30.09.2021
Bizi Telegramda izləyin: @repostaz