"İqlim dəyişiklikləri nəticəsində Azərbaycanın su ehtiyatları ilbəil azalır".
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
Onun sözlərinə görə, bu baxımdan ölkə üçün su ehtiyatlarının qorunması və səmərəli istifadəsi xüsusi önəm daşıyır.
"Hazırda Azərbaycanın yerüstü su ehtiyatları 30 kubkilometr təşkil edir. Qura illərdə isə bu ehtiyatlar 20-21 kubkilometrə qədər azalır. Ölkənin su ehtiyatlarının 70-72%-i ölkə hüdudlarından kənarda formalaşır və transsərhəd çaylar vasitəsilə ölkəyə daşınır", - deyə nazir müavini qeyd edib.