İranın neçə gündür canfəşanlığı özünə qalacaq. Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Rusiya prezidenti V.Putinlə görüşü və Qafqazın şeyxi H.A.Paşazadənin də eyni şəhərdə Rusiya və Ermənistanın ruhani lideləriylə görüşü cənub qonşumuzun xoşuna gəlməyəcək nəticələr vəd edir. Bir neçə gün əvvəl İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Lavrovla görüşdə nəinki dəstək ala bildi, əksinə ağzının üstündən vurulub geri göndərildi. Abdullahian Azərbaycan təhlükəsi barədə Rusiya tərəfinə şişirdilmiş, əsassız məlumatlar verərək dəstək almaq cəhdi həm də ona görə fiaskoya uğradı ki, rəsmi Moskva bölgəni onlardan qat-qat yaxşı tanıyır. Üstəgəl İranın Azərbaycanla sərhəddə təlim adıyla qoşun yığması elə Rusiyanı da narahat edir. Rəsmi Tehranın ifrat narahatlığının yersiz olması xarici işlər nazirinə birbaşa deyildi.
 
Paşinyanın Putinlə görüşündə Zəngəzur dəhlizi mütləq müzakirə eidlib. 
 
Hətta görüşün yemək masası arxasında keçməsini Ermənistan-Rusiya münasibətlərində bütün məslələrin həll olunduğuna dair mesaj kimi qə qəbul etmək olar. 
 
Çünki bu məsələnin uzadılması şimal qonşumuzun da xoşuna gəlmir. Həmin dəhliz təkcə Azərbaycan və Türkiyənin deyil, eləcə də Rusiyanın lojistika imkanlarını bir neçə dəfə artıracaq. Yaxın Şərqə qısa və təhlükəsiz quru yolu əldə edəcək. Hazırda Rusiyanın Ermənistan daxil şərq ölkələrinə bir çox yüklər təyyarə və dəniz yoluyla çatdırılır. Biri çox baha, digəri isə uzun müddətlidir. Quru yolu həm zamanda həm də maddi olaraq qazandıracaq. Belə bir keçidin reallaşmasının gecikməsi Rusiyanın maraqlarına uyğun deyil.
 
İranın neçə günlük hədə-qorxu şousunun əsas səbəbi Zəngəzur dəhlizidir. Özləri də yaxşı bilirki Azərbaycan həmin nəqliyyat xəttinin keçdiyi ərazini özününküləşdirmək istəmir. Sadəcə avtomobil və qatarların maneəsiz keçməsini tələb edir. Ərazi Ermənistanındır və İranla əlaqələr kəsilmir. Bəs nədir əsas məsələ? Dəhlizin diqqəti özündə cəmləməsi və İranın Ermənistanla bəzi gizli alış verillərinin kəsilmə ehtimalıdır. Belə ki, resmi Tehran nüvə layihələrinə görə beynəlxalq sanksiyalara məruz qalıb. İrandan bəzi malların alınması və ona satılmasına qadağa qoyulub.
 
Onlar bu maneəni özünəməxsus şəkildə aşırdılar. Qarabağ işğalda olan zaman oradan istifadə edirdilər. İran mallarını Ermənistana aparıb orada başqa qablaşdırmaya salır, üzərinə Ermənistan mənşəyi yazıdırb o formada istədiyi yerə göndərirdi. Eləcə də öznə lazım olan malları da Ermənistana gətizdirib, oradan da İrana aparırdı. Vətən Savaşında qazandığımız qələbə cənub qonşumuzun bu işinə də əngəl törədib. Bizə göstərdiyi münasibətlər, qələbəmizdən o qədər də sevincək olmamalarının səbəbi də budur. Rəsmi sərhəd keçid məntəqəsi vasitəsilə apardıqları mallar da Gorus Qafan yolunda bizə aid hissədə yoxlamaya məruz qalır. İllərdi gördüyü gizli işlərinin aşkara çıxmasından narahatdı İran. İsrail bazaları, muzdlu döyüşçülər sadəcə bəhanədir.
 

Baxış sayı: 4397 | Tarix: 13.10.2021
Bizi Telegramda izləyin: @repostaz