Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar edib.
 
"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.
 
Belə ki, Nobel prospektindəki evlərdən birində yaşayan 1951-ci il təvəllüdlü Həqiqət Qasımova intihar etmək məqsədilə üzərinə yanacaq tökərək özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən vəfat edib. 
 
H.Qasımova şəkər xəstəliyindən əziyyət çəkirmiş. 
 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 
 

Baxış sayı: 4492 | Tarix: 25.02.2017
Bizi Telegramda izləyin: @repostaz