Bakının 245 nömrəli tam orta məktəbinin fəaliyyəti koronavirusa yoluxma halının qeydə alınması ilə əlaqədar distant təhsil formasında davam etdiriləcək.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən RePost.Az-a verilən məlumata görə, həmin məktəbin 12 müəllimi və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
 
Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb:
 
"Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".

Baxış sayı: 5765 | Tarix: 19.10.2021
Bizi Telegramda izləyin: @repostaz