"Əmin olun ki, payız mövsüm olaraq hər zaman virus xəstəlikləri və üst tənəffüs yolu infeksiyaları üçün təhlükə dönəmi olub".
BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "İş vaxtı" verilişində danışıb.
O əlavə edib ki, hazırda yoluxma ilə bağlı 2 min rəqəmləri yeni dalğa deyil: "Bu rəqəmlər virusun təbii göstəricisidir. Bunu hər kəs nəsə adlandıra bilər. Dalğa dediyimiz var olan səviyyədən çox sürətli şəkildə yüksəlmələrdə müşahidə olunur. Bu da ortalama 3 həftə müddətində baş verir".
Deputat xəbərdarlıq edib ki, hazırda rəqəm 2 min ikən, noyabrın sonu və dekabrda daha yüksək, 15-20 minləri keçəcək rəqəmlərə hər bir ölkə hazır olmalıdır.