"Qarabağ" klubunun UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstanın “Kayrat” komandası ilə görüşündə qələbə qolunu vuran Abbas Hüseynov göz yaşlarını saxlaya bilməyib.
Bizim.Media xəbər verir ki, futbolçu sevincini ağlayaraq ifadə edib.
“Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə Bizim.Media-ya idmançının bu davranışının səbəbininin nənəsinin vəfatı ilə əlaqədar olduğunu açıqlayıb:
“Dünən Abbas Hüseynovun nənəsi rəhmətə gedib. Oyundan əvvəl deyirdi ki, nənəmə son nəfəsində qol sözü vermişəm! Bu səbəbdən də o, göz yaşlarını saxlaya bilmədi”.
Qeyd edək ki, dünən keçirilən futbol matçında “Qarabağ” “Kayrat” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.