Daxili İşlər Nazirliyi (DİN) şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun həyat yoldaşı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, G. Ələsgərova Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı olub.