Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
RePost.Az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
 
Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R. Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə qərar qəbul olunub.
 
Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.
 
Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Baxış sayı: 5518 | Tarix: 27.10.2021
Bizi Telegramda izləyin: @repostaz