Bakı Türk Şəhidliyində Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.
RePost.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Twitter” səhifəsində bildirilib.
Tədbirə Türkiyə Səfirliyinin əməkdaşları, Hərbi Attaşelik, müşavirliklər, Bakıdakı türk məktəblərinin nümayəndələri və digər şəxslər qatılıblar.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Türkiyə səfiri Cahit Bağçı Bakı Türk Şəhidliyi və Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidələrin önünə çələng qoyub. O, Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb.