Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər Günü ərəfəsində orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətirilib.
RePost.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.
Bildirilib ki, hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcək.