Digər Xəbərlər
“Yer üzünə belə insan gəlmişdi? Nə mal-dövlətdə, nə bir şeydə gözü var idi”.
RePost.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri dünən vəfat edən jurnalist Zabil Müqabiloğlunun yaxınları Savalanda nənəsinin evində vida mərasimində deyiblər.
Mərhumun bacısı qardaşının vaxtsız ölümünü qəbul edə bilmədiyini bildirib: “Nə yaxşı anam ölüb, bu günləri görmədi. 38 yaş nədir ki?!”
Zabil Müqabiloğlu ilə vida mərasiminə qohumları, qələm dostları, yazarlar qatılıblar.
Mərasim Savalan qəsəbəsində keçirilir. Mərhum jurnalist Pirşağı qəsəbəsində "Köçkünlər qəbristanlığı"nda dəfn ediləcək.