Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
 
RePost.Az xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edilib.
 
Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunulub, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirilib.
 
Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.
 
Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.

Baxış sayı: 4758 | Tarix: 29.11.2021
Bizi Telegramda izləyin: @repostaz