Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun RePost.Az-a verdiyi məlumata əsasən, yaşlı kişi qatarda özünü pis hiss edib. O, dərhal platformaya çıxarılıb. Əraziyə təcili tibbi yardım çağırılıb.
 
Həkimlər gələnə qədər həmin şəxs həyatını itirib.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 4929 | Tarix: 09.12.2021
Bizi Telegramda izləyin: @repostaz