Gəncə şəhərində oğul atasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, dekabr ayının 10-u Gəncə şəhər sakini Məhəmməd Məmmədov Nizami rayon Polis İdarəsinə müraciət edərək ruhi əsəb xəstəsi olan atası, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi barədə məlumat verib.
Gəncə şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri zamanı A.Məmmədovun basdırılmış cəsədi yaşadığı evin həyətində tapılıb. Keçirilən istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, hadisəni elə Azad Məmmədovun oğlu - 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov qətlə yetirib. Əməliyyat tədbirləri ilə atasını qətlə yetirməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.