Oktyabrın 10-da Astara rayonunun Ərçivan qəsəbə sakini Elnarə Əliyevanın “dərman zəhərlənməsi” diaqnozu ilə Astara rayon mərkəzi xəstəxanasında daxil olması və ertəsi gün orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Astara rayon Prokurorluğundan RePost.Az-a veirlən məlumata görə, aparılmış araşdırmalarla Elnarə Əliyevaya göstərilmiş tibbi yardımların tam həcmdə və vaxtında icra olunmaması, vəziyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində ölümün baş verməsi müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.