Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq.
RePost.Az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.
Gülşad Məmmədova rayonlarda da qeyri-sabit hava şəraitinin müşahidə olunacağını bildirib.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmaq tövsiyə edilib.