Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayev həbs edilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinən sabiq polkovnikin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
 
Qeyd edək ki, Bahadir Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb.

Baxış sayı: 6525 | Tarix: 29.12.2021
Bizi Telegramda izləyin: @repostaz