Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.
RePost.Az oxu.az-a istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə zorakılıq edib.
Təhsil Nazirliyindən BAKU.WS-ə hadisədən xəbərdar olduqları bildirilib.
"Direktorun şagirdi döyməsi faktı araşdırılacaq və ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək", - deyə əlavə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev RePost.Az-a qedy edib ki, hadisə ilə bağlı araşdırma aparılır. "Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".