Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
 
Xidmətdən RePost.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən 28-i səhədərək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
 
Yanvarın 27-28-də arabir yağıntılı olacağı, 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var.
Havanın temperaturu 2-6° isti olacaq.
 
Yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var.
 
Qərb küləyi arabir 15-20 m/s, yanvarın 27-də gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
 
Havanın minimal temperaturu mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta olacaq.

Baxış sayı: 3428 | Tarix: 25.01.2022
Bizi Telegramda izləyin: @repostaz