Bakının Xəzər rayonunda qadına işgəncə verilib.
 
RePost.Az APA-ya istinadla xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Paşayeva Sünbül Vahid qızı naməlum şəxsin hücumuna məruz qalıb. Onun barmağı iti alətlə kəsilərək qoparılıb.
 
Faktı hüquq mühafizə orqanın əməkdaşları araşdırır

Baxış sayı: 5138 | Tarix: 27.01.2022
Bizi Telegramda izləyin: @repostaz