Aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə paylaşımı ilə gündəm olub. 
 
BAKU.WS xəbər verir ki, o, İnstaqram hesabında əlində gül olan fotosunu yayımlayıb. Hacı Nuranın bəy-gəlin dekoru qarşısında çəkilən fotosu böyük müzakirələrə səbəb olub. Yerli mətbuatda "Hacı Nuran evlənir" başqlıqlı xəbərlər dərc olunub. 
 
Buna səbəb aparıcının paylaşımına bu sözləri də yazmasıdır:
 
“Xoşbəxtlik hamının haqqıdır. Eləcə də mənim. Ömrümün 45-ci ilində əlimə bu gülü aldığım zaman içimdən qəribə bir hiss keçdi: dünyada ən gözəl xoşbəxtlik sevib-sevilməkdir.
 
Xoşbəxt o kəsdir ki, sevdiyi xanımla dünya evinə girir. Həyatda məncə bundan böyük xoşbəxtlik yoxdur. Ona görə də mənim əzizlərim.
 
Sevin-sevilin. Həyat o qədər qısadır ki... Onu sevdiklərinizlə mənalı edin. Elə indicə... Bir dəstə gül alıb o gözəlin görüşünə gedin. Bəzən bir dəstə gül bir kitablıq sözü əvəz edir".
 
BAKU.WS saytı olaraq, yayılan xəbərlərlə bağlı aparıcının özü ilə əlaqə saxladıq. Hacı Nuran evliliyi ilə bağlı yayılan məlumatları nə təsdiq, nə də ki, təkzib etdi.

Baxış sayı: 5651 | Tarix: 29.01.2022
Bizi Telegramda izləyin: @repostaz