Qanuna dəyişikliklə təşkilati məsələlər dövlətə keçir, dini məsələlərə nəzarət Qafqaz Müsəlmanları İdarəsinə verilir.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Fazil Mustafa bildirib.
“Qanuna dəyişiklik dövlətin dini siyasiləşdirməyə can atanlara qarşı ata biləcəyi ən vacib bir addımdır”, - o vurğulayıb.
Deputat qeyd edib ki, məscid ibadət yeridir: “İbadətini et, gəl! Dinin siyasiləşməsinə qarşı bütün Azərbaycan cəmiyyəti müqavimət göstərməlidir”.