ATV-nin "Komando" verilişi sonuncu buraxılışında Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində çəkiliş aparılıb.
 
RePost.Az baku.ws-ə istinadən xəbər verir ki, xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib. Hərbçilərimiz çətin sınaqları məharətlə dəf edərək şərti düşmənə qarşı döyüşüb. Başında şüşə qab sındıran xüsusi təyinatlılar Ermənistan bayrağı həkk olunan şiferləri darmadağın ediblər. 
 
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti - Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
 
Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir.
 
Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında qurur.
 
RePost.Az
 


Baxış sayı: 3922 | Tarix: 01.03.2017
Bizi Telegramda izləyin: @repostaz