Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satmağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
Nazirliyin mətbuat xidmətindən RePost.Az-a bildirilib ki, yayılan xəbərlərlə bağlı məlumatlıdırlar. Hazırda faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satması ilə bağlı məlumatlar yayılıb. Kamran adlı bir şəxs küçədə dilənçiliklə məşğul olan uşaqlardan salfet aldığını və bir müddət sonra polis əməkdaşlarının onu saxladığını yazıb. Araşdırma zamanı həmin salfetin içində narkotik vasitə olduğu məlum olub.A

Baxış sayı: 7190 | Tarix: 09.02.2022
Bizi Telegramda izləyin: @repostaz