Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 632 yeni yoluxma faktı qeydə alınıb, 5 797 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 725 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 665 909 nəfər müalicə olunaraq sağalıb, 8 972 nəfər vəfat edib, aktiv xəstə sayı 50 896 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 491, ötən müddət ərzində isə ümumilikdə 6 335 593 test aparılıb.