Bu gün Nizami Kino Mərkəzində "Asmalı Konak", "Kurtlar Vadisi Pusu" kimi ekran işlərinin rejissoru Selahattin Sancaklının, "Kurtlar Vadisi Pusu" filmində Yasin obrazını canlandıran aktyor Ertuğrul Şakarun, prodüser Yalçın Çobanın və "Eslem Film"in rəhbəri Metin Yücelin iştirakı ilə mətbuat konfransı baş tutub.
 
APA xəbər verir ki, mətbuat konfransında çıxış edən rejissor Selahettin Sancaklı Vətən müharibəsi şəhidlərini yad etdikdən sonra Qarabağdan bəhs edən film çəkiləcəyini bildirib.
 
O, film layihəsinin əsas hekayəsinin Şuşa üzərində qurulacağını açıqlayıb: "Qarabağ savaşının hər mərhələsi nə qədər çətin olsa da, Şuşanın alınması və Şuşa döyüşləri bu müharibənin ən çətin mərhələsi olub".
 
O həmçinin qeyd edib ki, layihənin davamı kimi serial və digər proqramlar da nəzərdə tutulub.
 
Aktyor Ertuğrul Şakar isə çəkiləcək filmin bütün Türk dünyası üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Türk dövlətlərinin sənət sahəsində də bir yerə gəlməsi, ortaq layihələr həyata keçirməsi çox vacibdir".
 
Onun sözlərinə görə, Şuşa və Qarabağ savaşının film kimi təqdimatına ehtiyac var: “Filmin çəkilişləri yay aylarında başlayacaq. Layihədə həm türk, həm də Azərbaycan aktyorlarının iştirakı nəzərə tutulub”.
 
Aktyor seçimlərinə hələ başlanılmadığını, lakin tezliklə keçiriləcəyini qeyd edən prodüser Yalçın Çoban isə təşkilatı işlər bitdikdən sonra kastinqlərin baş tutacağını bildirib.

Baxış sayı: 7513 | Tarix: 11.02.2022
Bizi Telegramda izləyin: @repostaz