Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.
 
RePost.Az Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb.
 
Erməni tərəfi əməliyyat zamanı bir terrorçunun ağır yaralanması barədə məlumat yaysa da, Müdafiə Nazirliyi təkzib edib.

Baxış sayı: 4454 | Tarix: 16.02.2022
Bizi Telegramda izləyin: @repostaz