Füzuli şəhərində yaşayış məhəlləsinin inşası çərçivəsində tikiləcək çoxmənzilli binaların layihə-smeta sənədlərinin hazırlanması yaxın zamanda başa çatdırılacaq.
 
Mənzil İnşaatı Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər elan ediləcək.
 
Hazırda yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan olunub.

Baxış sayı: 4682 | Tarix: 16.02.2022
Bizi Telegramda izləyin: @repostaz