Avropa İttifaqı və onun Şərqi Avropa tərəfdaşları arasında Şərq Tərəfdaşlığının parlament təşkilatı Avronest növbəti toplantısını fevralın 21-22-si Yerevanda keçirəcək.
RePost.Az xəbər verir ki, İrəvanın Karen Demirçyan adına İdman və konsert kompleksində Avronestin Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin və Enerji Təhlükəsizliyi Komitəsinin birgə iclası planlaşdırılır.
Ermənistanın "Qraparak" qazeti yazır ki, iclasda Azərbaycan deputatları da iştirak edəcək. Azərbaycan tərəfi hələ ki, məlumatı təsdiq etməyib.
Avronest Aİ-nin Şərq Tərəfdaşlığı proqramının parlament komponentidir. Onun tərkibinə Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin deputatları daxildir.