Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində 16 fevral saat 21:00-dan etibarən 17 fevral səhər saatlarınadək təmir işləri aparılacaq.
 
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında deyilir.
 
"Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - açıqlamada deyilir.

Baxış sayı: 3485 | Tarix: 16.02.2022
Bizi Telegramda izləyin: @repostaz