“Daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb”.
Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib.
Qeyd edək ki, dünən deputat Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib və onu ölümlə hədələyən şəxslərə səslənib.