Siyasi şərhçi və işadamı şahin Nəcəfov TIR-lara yol vərəqinin verilməsi ilə bağlı bürokratik əngəlləri şərh edib. 
 
Onun sosial media üzərindən paylaşdığı şərhini olduğu kimi təqdim edirik:
 
"Tır maşınlarının beynəlxalq hərəkəti, aktiv calışması ücün Dazvol yol vərəqi lazımdır. DANX adlı dövlət qurumu isə nəqliyyat şirkətlərinə qanunu yolla Dazvolu əldə etməsinə yüz cür problem yaradır. İlin əvvəlindən Dazvol icazə vərəqini özünə yaxın şirkətlərin adına sənədləşdirir və digər nəqliyyatcılar müraciət edəndə isə bildirirlər ki, DANX Dazvol limitini satıb qurtarıb.
 
Bəs nə etmək lazımdır? 10-15 dollarlıq Dazvolu özlərinə yaxın şirkətlər vasitəsi ilə telabata görə 300-600 dollar arası satışa cıxarırlar. Ziya Məmmədovun vaxtında bu idarənin Çingiz Baxşəliyev adlı rəisi 15 dollarlıq Dazvolu 2000 min dollara kimi qaldırmışdı.
 
Hal hazırda İrandan Rusiyaya yük daşımacılığında qiymətlər bahadır və bu Rus agentləri Dagıstan-Rus Tırlarına daşımacılıq ücün hər cür şərait yaradırlar. Amma Azərbaycan TIRlarına 3-cü ölkə Dazvolu verilmədiyinə görə pərişan durumdadırlar və maşınlar İrandan yük alsa da, Rusiyaya giriş ede bilmirlər.
 
Bu məmurların əməli tək korrupsiya deyil, Vətənə xəyanətdir. Bunlar araşdırılmalıdır ki, niyə Azərbaycanda vəzifə tutub Rusiayaya işləyirlər.
 
Anar Rzayev və Malik Əliyev dərhal vəzifədən azad edilib, fəaliyyətləri araşdırılmalldır".
 
 

Baxış sayı: 4397 | Tarix: 17.02.2022
Bizi Telegramda izləyin: @repostaz