Hava nəmləndiricisi “omikron” ştammına yoluxma zamanı xəstəliyi daha yüngül keçirməyə şərait yarada, orqanizmin bərpasını sürətləndirə bilər.
 
RePost.Az "oxu.az"a istinadən xəbər verir ki, bunu rusiyalı immunoloq İrina Yartseva iddia edib.
 
“İnsanlar bəzən selikli qişaların nəmləndirilməsi səviyəsi aşağı olduğu üçün daha uzun müddət ərzində sağalırlar. Mən bütün “omikron” xəstələrinə və sağlam olanlara da otağa nəmləndiricilər qoymağı və gecə yatdığımız zaman havanı mümkün qədər, ən azı 25-50%-ə qədər nəmləndirməyi tövsiyə edirəm. Bu yolla selikli qişalar tez bir zamanda bərpa olunacaq, insanlar daha tez sağalacaq. Sağlam insansanlarınsa xəstələnmək şansı daha da azalacaq”, - deyə həkim bildirib.
 
Qeyd edək ki, “Omikron” ştammı və ya B.1.1.529 ötən ilin noyabrında Botsvana və Cənubi Afrikada aşkar olunub.

Baxış sayı: 5252 | Tarix: 18.02.2022
Bizi Telegramda izləyin: @repostaz