Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2372 yeni yoluxma faktı qeydə alınıb, 4616 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 777 804 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 742 326 nəfər müalicə olunaraq sağalıb, 9280 nəfər vəfat edib, aktiv xəstə sayı 26 198 nəfərdir.
 
Ölkədə son sutka ərzində 10 318, hazırkı dövrədək isə 6 501 358 test aparılıb.

Baxış sayı: 4796 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz