Bakıda LGBTQİ-nin məşhur simalarından sayılan Əvəz Hafizli qətlə yetirilib.
 
Daxili İşlər Nazirliyindən RePost.Az-a vrilən məlumata görə, hadisə bugün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.
 
Belə ki, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı  Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. 
 
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib. 
 
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
 
Xatırladaq ki, əvəz Hafizli LGBTQİ-nin nümayəndəsi idi. Əmisi oğlu ilə mübahisəsinin də məhz bu zəmində baş verdiyi ehtimal edilir. 

Baxış sayı: 4720 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz