Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə Baş Prokurorluğa məlumat daxil olub.
 
Bu barədə Baş Prokurorluqdan RePost.Az-ın sorğusuna cavab olaraq bildirilib. Xəbərə görə, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.
 
İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, hadisə zamnı 4 nəfər xəsarət alıb.

Baxış sayı: 5651 | Tarix: 24.02.2022
Bizi Telegramda izləyin: @repostaz