“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssislə bağlı AFFA-nın İntizam Komitəsi qərar verib.
 
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunundakı intizamsızlıq cəzasız qalmayıb. Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib.
 
“Sabah” mübarizəni dayandırdığı üçün cəza Musayev komandada qalarsa, növbəti mövsümün kubok matçına tətbiq olunacaq. Paytaxt klubu 800 manat cərimələnib.

Baxış sayı: 5214 | Tarix: 25.02.2022
Bizi Telegramda izləyin: @repostaz