Qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sumqayıt şəhərində yaşayan Ülviyyə Həsənova həbs edilib.
 
RePost.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.
 
Onun sözlərinə görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sumqayıt şəhərində yaşayan Ülviyyə Həsənova tutulmuşdur.
 
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
 
Məhkəmənin hökmünə əsasən Ü.Həsənova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Baxış sayı: 5062 | Tarix: 04.03.2022
Bizi Telegramda izləyin: @repostaz