Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün, martın 4-də #Azərbaycana səfərə gəlir.
RePost.Az xəbər verir ki, o, bunu NATO ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.
“Bu gün Azərbaycana gedirəm. Bizim sabah prezident İlham Əliyevlə görüşümüz nəzərdə tutulub. Bir sıra məsələlər, o cümlədən ikitərəfli münasibətlər və regional gündəm müzakirə olunacaq”, - Türkiyə mediası Çavuşoğlunun sözlərindən sitat gətirib.