Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 791 077 nəfər koronavirus infeksiyasına yoluxub.
 
Onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9 633 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1457 nəfərdir.
 
Ölkədə son sutka ərzində 5 337, hazırkı dövrədək isə 6 646 110 test aparılıb.

Baxış sayı: 3067 | Tarix: 16.03.2022
Bizi Telegramda izləyin: @repostaz