Martın 18-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yeni loqosunun təqdimatı olub. Təqdimat mərasimində çıxış edən nazir Fərid Qayıbov yeni loqonun 100-dək variant arasından seçildiyini vurğulayıb.
Yeni loqonu təqdim edən “Paradox” şirkətinin dizayn rəhbəri Şamil Ramazanov nazirliyin 20 ildir istifadə edilən əvvəlki loqosunun müasir dövrün tələblərinə uyğun olaraq yenilənməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb. Yeni loqonu hazırlayan şəıxsin sevdiyi dillə desək, “xub”.
RePost.Az xəbər verir ki, nazirliyin yenilik deyə sırıdığı əslində plagiatdır. Özlərinin də dediyi kimi, “hər bir ölkənin Alfa-3 sertifikatlı qəbul edilmiş qısa adı var. Beynəlxalq yarışlarda Azərbaycanın qısadılmış adı AZE olaraq göstərilir. İdmançılarımızın geyimləri üzərində AZE yazılır, yarışlar zamanı Azərbaycan adı AZE kimi ifadə olunur, tanınır. TV ekranlarında, yarış meydanlarında, tablolarda da belə yazılır”. Qəflət yuxusundan oyanan yeni nazir hamının bildiyini cəmiyyətə yenilik deyə soxuşdurmaq istəyir. Yəni nazirlik ölkəni təbliğ etməyi yox, ölkənin onu təbliğ etməsini qarşısına məqsəd kimi qoyub.
Loqo hazırlanmasında da nazirlik dizaynerin beynini işlətməsinə gərək duymayıb. Elə ölkəmizin qısa kodunun loqo olaraq hazırlanmasını tapşırıb. Sadəcə rəngi dəyişdirib, nədənsə yeni nazir milli kimliyimizi deyil, İslam dininin simvolu olan yaşıl rəngə üstünlük verib. Bunu da olduğu kimi, təqdim etməkdənsə, nazilriyimiz yaşıl rəngə yeni simvol UYDURUB. Demə YAŞIL RƏNG əslində İslamı deyil, gəncliyin və idmanın simvolu imiş, enerji rəmziymiş. Olsun, nə deyirik, təki nazilriyin dediyi kimi olsun. Amma nazirlik tapşırıq verdiyi “dizayner”i yaxşı təlimatlandıra bilməyib. “Dizayner” Mirəhməd Musayev mətbuata verdiyi açıqlamada əməllicə quşlayıb. Nazilrikdən fərqli olaraq o yaşıl rəngi elə İslamın simvolu olaraq verdiyini deyib və loqonu tənqid edənlərin dünya standartlarından xəbərsiz olmaqda ittiham edıb.
Bizim xəbərimiz yox imiş, müasir standartlarda plagiatlıq və loqonun hazırlanmasında simmetriyanın belə gözlənilməməsi dəbdəymiş. Bxmayaraq ki, özündən müştəbeh "dizayner" tənqidlərdən sonra nazilriyin tapşırığı ilə loqoya yenidən əl gəzdirib.
Bunu keçək, əcaba bizim bu dahi dizayenr dünya standartı ilə harada tanış olub ki, onu tənqid edənləri qınayır. Hansı tanınmış işləri, dizaynları olub ki, onu tənqid edənləri təhqir edir.
Mirəhməd Musayev kimdir?
Mirəhməd Musayev Gənclər və İdman Nazirliyinə yad deyil. İlk olaraq qeyd edək ki, loqonu hazırlayan “Parodox” şirkətinin məhz yeni nazirin özünün şirkəti olduğu deyilir. Mirəhməd Musayev də həmin şirlkətlə əməkdşalıq edir, ya da onlar üçün bir iki cızma-qara edib.
Amma tanışlıq lap əskilərə dayanır. Yasamal uşağı olan Mirəhməd Musayev orta məktəbdə rəssam və ya heykəltaraş olmaq arzusunda olub. Çox maraqlıdır ki, bu uşağın istedadı həmin vaxtlardan nazirliyin diqqətini cəlb edib. Nazirliyin təşkil etdiyi rəsm müsabiqəlırinin qalibi olub, mükafatlar alıb. Çəkdiyi rəsmlər də əsasən mənzərə və Bakıdakı heykəllər olub. Amma yeniyetmə rəssam sonradan qrafik dizayner olmaq qərarına gəlib. Amma bu işdə də ciddi bir iş ortalığa qoya bilməyib. Portofiliyosunda yalnız “Qaya İnşaat”ın loqosundan başqa heç bir işinə rast gəlmədik (Tikinti şirkəti Mirəhməd Musayevin çəkdiyi loqonu bəyənmədiyindən imtina edib). Bir neçə fotokollajı və dəvətnamələr olub ki onları da silib. Vəssalam, bu qədər. Fotoşəkillərdən də gördüyünüz kimi, onu tənqid edənləri dünya standartlarından bixəbər olmaqda qınayan “dizayneri” nazirliyimiz nəyə görəsə dünyaya tanıtmaq qərarına gəlib.
Azacıq da olsa nazirliyimizin 100 iş arasından seçdiyi plagiatın sahibini tanıda bildiksə, nə mutlu bizə. Amma nə məsələdirsə nazirliymiz münsiflərin də adını açıqlamır, loqo adlandırdığı ölkəmizin koduna nə qədər vəsait xərclədiyini də.
RePost.Az