Adı Rusiyaya casusluqda hallandırılan keçmiş Gənclər və İdman naziri Azad Rəhimov Dünya Çempionunu silahla təhdid edərək nazirlikdən qovdurub. 

RePost.Az xəbər verir ki, bu barədə jurnalist Zülfüqar Xeyirxəbər sosoail şəbəkə hesabında məlumat paylaşıb. Ölümündən sonra Azad Rəhimov barəsində yazılanlar barədə fikir bildirən jurnalist onun haqqında yazılanlara inandığını qeyd edib.

"Keçmiş idman naziri Azad Rəhimovun sağlığında Rusiyanın agenti olmasına, ümumiyyətlə hər hansı bir ölkənin, hətta Mozambikin belə agenti olmasına şübhə etmirəm. Çünki bu adamın Azərbaycanı sevməsinə heç zaman inanmamışam. Ölkəsini sevən nazir ən azından öz sahəsinin inkişafına çalışardı. Ancaq A.Rəhimov idmana ayrılan vəsiti basıb yeyib, ölkəni uğurla təmsil edən, bayrağımızı qaldıran idmançılara nifrət edib, onları küsdürüb, qovub, yuxarıdan aşağı baxıb. Bu günlərdə dəfələrlə Dünya və Avropa çempionu olan idmançılaımızdan biri ilə söhbət zamanı eşitdiklərimdən şoka düşdüm. Deməli Naxçıvanda keçirilən beynəlxalq turnirlərin birində AZTV-nin efirində nazir Azad Rəhimov ölkəmizi uğurla təmsil edən idmançının onunla görüşmək istəyinə müsbət cavab verir və 10 gün ərzində qəbul edəcəyini bildirir. 6 gün fasiləsiz nazirliyə ayaq döyən idmançını 7-ci gün Azad Rəhimovun cangüdəni silahını göstərərək təhdid edir və bir də bu binanın həndəvərində görmək istənmədiklərini deyib. Ondan sonra həmin Dünya şöhrətli idmançımız stress keçirib və karyerasını başa vürüb.  
İndi də dəyişən bir şey yoxdu. Çünki idman nazilriyində Marina Vasileva kimiləri hələ çoxdu. Elə olmasaydı bu gün məşhur, bütün Dünyada tanınan idmançılarımız kənarda qalmazdı, onları küsdürməzdilər", - deyə yazan jurnalist, indi də nazirliyin idman siyasətində bir dəyişiklik olmadığını vurğulayıb.
 
"Büdcədən regionda idmanın inkişafına milyonlarla vəsit ayrlır, amma idmançılar yarışlara qatıla bilmir, çünki ezamiyyə xərcləri yeyilir. İdman kompleksləri baxımsızlıqdan dağılıb tökülür, halbuki təsərrüfat hesablı olduğuna görə ildə milyonlarla vəsit qazanırlar. Qəpiyinə qədər nazirliyə təhvil verilir. Binanın saxlanılmasına, təmirinə isə vəsit ayrılmır. Ancaq nazirliyin büdcəsindən komplekslərin saxlanılması adı ilə milyonlar silinir. Rayonlarda tikilən idman komplekslərinin koteclərində, otellərində idmançılardan başqa hər kəsə yer var", - deyə Z.Xeyirxəbər əlavə edib. 
 

Baxış sayı: 10230 | Tarix: 12.02.2025
Bizi Telegramda izləyin: @repostaz