Avtoxuliqanların şou və dəbdəbə istəyi sərhəd tanımır. Son zamanlar avtomobilin dövlət nömrə nişanını qanunsuz olaraq adlarla əvəz etmək sanki dəbə evrilib.
 
RePost.Az xəbər verir ki, bu sürücünün etdiyi dəyişikliklər ciddi qanun pozuntusu olsa da, bununla bağlı ciddi tədbir görülmədiyindən paytaxtın mərkəzi küçələrində rahat şəkildə avtomibilini idarə edir
Görənləri təəccübləndirən və heçbir yerdə qeydiyyatda olmayan belə nömrə sahiblərinin digər xəta zamanı və hansısa bir qəza törətdikə necə cəzalandırılacağı sual doğurur.
 
Məsələylə bağlı xəzərxəbərə açıqlama verən Baş dövlət yol polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunvericiliyə əsasən Azərbaycanda bu cür nömrələrin verilmədiyini xatırladır.
 
Kamran Əliyevin sözlərinə görə adətən belə nömrələr xarici tranzit maşınlarda olur. Və həmin nömrələrin üzərində də aid olduğu ölkənin simvolları olur. Bu maşındakı nömrədə isə hansısa bir dövlətin qeydiyyat nişanına aid simvol yoxdur.
 
Və belə maşınlar yol polisi əməkdaşları tərəfindən saxlanılır texniki sənədindəki nömrə nişanı ilə faktiki üzərində olan nömrəsi üst üstə düşmədikdə maşın cərimə meydançasına aparılır.
 
RePost.Az
 

Baxış sayı: 5404 | Tarix: 03.03.2017
Bizi Telegramda izləyin: @repostaz