Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin axşama doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
 
Martın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

Baxış sayı: 3504 | Tarix: 27.03.2022
Bizi Telegramda izləyin: @repostaz