“I Qarabağ müharibəsi ilə əlaqədar 100 nəfərə aid olması ehtimal edilən meyit qalıqları Azərbaycana verilib”.
 
APA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
 
O bildirib ki, bundan əlavə olaraq 60-a yaxın şəxsə aid olması ehtimal olunan meyit qalıqları Azərbaycan hərbçiləri və digərləri tərəfindən müəyyən edilərək Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib: “Onlardan DNT nümunələri götürülür. Bizim sonuncu əməliyyatımız Fərrux yüksəkliyində baş tutub. Amma biz fikirləşirik ki, bu, son deyil. Ona görə ora qayıdacaq və ehkumasiya işlərini davam etdirəcəyik. Eyni zamanda Edillidə də bu işləri davam etdirəcəyik. Füzuli rayonun Aşağı Seyidəhmədli kəndində də meyit qalıqları tapılıb. Füzuli minalarla çirkləndiyi üçün biz hələ orada ehkumasiya işlərini apara bilmirik. Minalar təmizlənəndən sonra orada da bu işləri davam etdirəcəyik”.

Baxış sayı: 6639 | Tarix: 04.04.2022
Bizi Telegramda izləyin: @repostaz