Orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği artıb.
RePost.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin mart ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq 246,5 manatdan 298,9 manata çatıb.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artım deməkdir.