Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə RePost.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 365 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 533 nəfər müalicə olunaraq sağalıb, 9706 nəfər vəfat edib, aktiv xəstə sayı 126 nəfərdir.
Ölkədə son sutka ərzində 1954, hazırkı dövrədək isə 6 771 851 test aparılıb.