Mariupol şəhərinin "Azovstal" sənaye zonasına hücum etmək məqsədəuyğun deyil.
APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə deyib.
“Sənaye zonasına hücumu məqsədəuyğun saymıram. Əməliyyatı ləğv etmək əmri verirəm”, - Putin Şoyquya bildirib.
Putin əmrini Rusiya hərbçilərinin itkilərinin qarşısının alınması məqsədilə izah edib.
O, Mariupoldakı hərbi fəaliyyəti ordunun uğuru adlandırıb.
Rusiya lideri "Azovstal"dakı Ukrayna hərbçiləri təslim olacaqları təqdirdə, onların həyatına təminat veriləcəyini və ləyaqətlə davranılacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Mariupolun tam nəzarətə götürüldüyünü Vladimir Putinə məruzə edən Sergey Şoyqu "Azovstal"da 2 mindən artıq ukraynalı döyüşçünün qaldığını, əməliyyatı tam başa çatdırmaq üçün 3-4 gün lazım olduğunu bildirib.